Polisin cərimə meydançasında 50-dən çox avtomobil yandı

29.06.2018 Hadisə
Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib.

3 hektara yaxın ərazidə quru otluq sahə yanıb. Yanğın nəticəsində orada saxlanılan 50-dən çox avtomobilə ziyan dəyib.

"Kommersant" APA-ya istinadən xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.