Qarabağ Azərbaycandır!

Qazaxda qadın əməliyyat zamanı ölüb

30.06.2018 Hadisə
Ağstafa rayon sakini əməliyyatdan sonra ölüb.

"Kommersant"ın "Report"un Qərb bürosuna istinadən məlumatına görə, rayonun Poylu kənd sakini, Nataşa Dəmirova Qazax Rayon Diaqnostika və Müalicə Mərkəzində əməliyyata alınıb.

Ancaq qadın əməliyyatdan sonra xəstəxanada dünyasını dəyişib.

İlkin məlumatlara görə, ona normadan artıq narkoz verildiyi üçün ayılmayıb.

Faktla bağlı araşdırma aparılır.