USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib

05.07.2018 Hadisə
1 0
Xəzər dənizinin Azərbaycan sahilində batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib.

“Kommersant” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zaqulba-3, Qızılqum, Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas olunub.