USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağdamda 10 baş xırdabuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb

07.07.2018 Hadisə
0 0
Ağdamda 10 baş heyvanı elektrik cərəyanı vuraraq öldürüb.

"Kommersant" bildirir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Kolqışlaq kəndində baş verib.

Kənd sakini Əliyev Şahid Bayram oğluna məxsus xırdabuynuzlu heyvanlar artezian quyusunun elektrik cərəyanı keçirməsi nəticəsində tələf olub.

Faktla bağlı araşdırma başlanıb.