İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 8 rayonun polis şöbəsində monitorinq keçirib

07.07.2018 Hadisə
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov, və ekspert Qartal Hüseynovla birlikdə Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon Polis Şöbələrində monitorinq keçirib.

"Kommersant" bildirir ki, Komitə sədri T. Hüseynovun APA-ya verdiyi məlumata görə, onlar polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə baxış keçirib və orada saxlanılan şəxslərlə görüşüblər.

Onun sözlərinə görə, monitorinqin keçirilməsində məqsəd saxlanma yerlərində saxlanma şəraitinin və saxlanılan şəxslərə rəftarın araşdırılması, onların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub: “Monitorinq zamanı saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, rəftar məsələləri araşdırılıb. Saxlanma şəraiti, saxlanılan şəxslərə qarşı münasibətlə bağlı bizə heç bir şikayət daxil olmayıb. Saxlanılan şəxslərin böyük əksəriyyəti inzibati qaydada tutulan şəxslər olub”.