USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prokuror Az.TV sədrinə sui-qəsdə təqsirləndirilən şəxslərə cəza istəyib

10.07.2018 Hadisə
0 0
Bakı Ağır Cinayətlər Məhkəməsində Az.TV sədri Arif Alışanova sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

"Kommersant"ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev çıxış edərək Şücaət Əkbərovun 18 il, Qoçali Cəbiyevin 16 il, Zöhrab Şirinovun 17 il, Aqşin Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmçininn Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıra əmlakın müsadirə olunmasını və Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini istəyib.

Proses iyulun 13-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.