USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qırıcı təyyarə qəzaya uğrayıb - PİLOT XİLAS EDİLİB

11.07.2018 Hadisə
1 0
İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ölkənin cənub-şərqində qəzaya uğrayıb.

"Kommersant" xəbər verir ki, bu barədə "Report" TASS-a istinadən məlumat verir.

Bildirilir ki, Pakistanın Sistan və Bəlucistan vilayətləri ilə sərhəddə yerləşən Çexbexar ərazisində patrul əməliyyatları aparıldığı zaman F-4 döyüş təyyarəsi qəzaya uğrayıb. Hadisənin səbəbi texniki nasazlıq göstərilir.

Qeyd edək ki, iki pilot katapulta vasitəsilə təyyarədən xilas olub.