USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bəzi yerlərində içməsi su verilişində məhdudiyyətlər olacaq

31.07.2018 Hadisə
0 0
Bu gün ərzində Bakı şəhəri, Xətai rayonunun Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Kommrensat.az"ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, bu, Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.