USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gədəbəyə pul ayrıldı - SƏRƏNCAM

01.08.2018 Hadisə
0 0
Azərbaycan Respublikasının Prezidenti "Gədəbəy rayonunun Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon (on bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.