USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xanəndə Miryusif Mirizadənin dostu: "O, son görüşümüzdə ağlayıb kəlmeyi şəhadətini dedi"

02.08.2018 Hadisə
0 0
"O, son görüşümüzdə ağlayıb kəlmeyi şəhadətini dedi".

"Kommersant.az" bildirir ki, bunu “Report”un Qarabağ bürosuna açıqlamasında xanəndə Miryusif Mirizadənin yaxın dostu Sakit Həsənov deyib.
Onun sözlərinə görə, hadisədən bir gün əvvəl, yəni iyulun 31-də Miryusif və Novruzla Ağcabədi rayonundakı çay evlərinin birində görüşüb: “Miryusif Mirizadə daha sonra avtomobillə məni evə düşürəndə hönkür-hönkür ağlayaraq kəlmeyi şəhadətini dedi. Ondan səbəbini soruşanda heç bir cavab vermədi, "lənət şeytana!" dəyib sağollaşdı. O, mənimlə getmək istəsə də, Novruz buna icazə vermədi və anasının süfrə açaraq gözlədiyini bildirdi".
S.Həsənov deyib ki, son günlər Novruz Hüseynov da özünü birtəhər aparırdı: "Sanki psixoloji problemləri var idi. Arada deyirdi ki, siz mənim nə səhvim olur bağışlayırsınız, amma mən sizin gününüzü qara edəcəyəm. Elə bir iş görəcəyəm ki, ömür boyu unutmayacaqsınız. Ertəsi gün isə hər ikisinin avtomobil qəzasına düşərək öldüyünü eşitdim".
Qeyd edək ki, Novruz Hüseynov dostu Miryusif Mirizadəni bıçaqlayaraq qətlə yetirib, daha sonra isə intihar edib.