USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bərdə sakini ölümcül döyülüb

02.08.2018 Hadisə
0 0
Bərdə rayonunda kütləvi dava baş verib.

"Kommersant.az" "Report"un Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə nəticəsində rayon sakini, 1983-ci il təvəllüdlü Elçin Əli oğlu Məmmədov tərəfləri sakitləşdirmək istəyərkən ağır balta yarası alıb.
O, baş, kürək nahiyəsinin çapılmış yarası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.