USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ramil Usubov Gəncədə vətəndaşlarla görüşdü

28.10.2018 Hadisə
0 0
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 27-28-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

DİN-in mətbuat xidmətindən "Kommersant.az"-a verilən məlumata görə, Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarından, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 51 vətəndaş ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib. Problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.