Mərkəzi Bankın hərracında manata tələb milyarda yaxın oldu

11.03.2019 Birja
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

"Kommersant.az" AMB-yə istinadən xəbər verir ki, 11.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdir.

Qeyd edək ki, AMB 350 mln. manat depozit cəlb etməyi planlamışdır.