USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət istiqrazları üzrə keçirilən hərracın nəticələri açıqlanıb

12.03.2019 Bank
0 0
12 mart 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104003741 ISIN kodlu, tədavül müddəti 364 gün olan 25.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Banker.az bu barədə Maliyyə nazirliyinə istinad edir.

AZ0104003741 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 81.2 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 25.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 93.4450 (gəlirlilik 7.0727%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 10 mart 2020-ci ildir.