Səhm və istiqrazların birjada satışının yeni qaydaları nə vəd edir?

12.03.2019 Birja
Sabahdan etibarən Azərbaycanda səhm və istiqrazların birjada satış qaydalar dəyişir. ONA xəbər verir ki, ekspertlərin fikrincə, yeni qaydalar qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması və delistinq qaydalarını asanlaşdırıb.

Qiymətli kağızlar üzrə mütəxəssis Xanlar Alırzayevin sözlərinə görə, əsas tələblər yumşalıb.

Bu qaydalarla emitentlər üçün listinq tələbləri olduqca sadələşdirilmiş və yumşaldılmış saymaq olar. Bildiyiniz kimi birjada ticarət olunan qiymətli kağızların ticarət səhm və istiqraz bazarlarına bölünür. BFB bu qiymətli kağızların mitentlərini bazar dövriyyəsi, idarəetmə mexanizmi, maliyyə vəziyyəti, reytinqi, və bu kimi digər cəhətlərini nəzərə alaraq əsas, standart və alternativ bazar seqmentləri üzrə listinqə daxil edir. Yenilənmiş qaydalar da bu alətlərin listinqə daxil edilməsi üçün emitentlərə qoyulan tələblərin yumşaldılması və eləcə də bir çox tələblər çıxarılmışdır. Məslən, səhmlərini əsas səhm bazarı üzrə listinqdən keçirmək istəyən emitentlər üçün nizamnamə kapitalına və səhmlərin birjada sərbərt tiarət olunan pay hissəsində ciddi dəyişiklik edilmişdir. Eləcə də istiqrazlarını əsas və standart bazarlar üzrə listinqə daxil etmək istəyən emitentlərə də tələblə çox yumşaldılıb. Burda da əsas dəyişikliklər təçkilatın idarəetmə orqanı ilə bağlı,daxili auditi və bu kimi tələblərin bəziləri çıxarılıb və ya emitentlərin xeyrinə dəyişdirilmişdir - deyə qiymətli kağızlar üzrə ekspert Xanlar Alırzayev bildirib.

Digər əsas məsələ yenilənmiş listinq qaydaları xarici emitentlərin də yerli fond birjamızda listinqi üçün keçərlidir. Qeyd edərdim ki, bu qaydalar kapital bazarlarının inkişafı üçün atılmış addımlardan biri sayıla bilər - deyə o əlavə edib.

YENİ QAYDALAR

  • Əvvəlki

    Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR - Mart ayında...

Digər xəbərlər

VTB