Türk lirəsinin məzənnəsi aşağı düşüb

25.03.2019 Birja
Türkiyə lirəsinin məzənnəsi aşağı düşüb.

"Kommersant.az"ın məlumatına görə, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Qolan yüksəkliklərinin İsrailə aid olması barədə qərarını tənqid etdikdən sonra baş verib.

Lirənin dollara nisbətdə məzənnəsi 4% aşağı düşüb və məzənnə bir dollara görə 5,7 lirə təşkil edib. İstanbul BİST birjasının indeksinə görə, fond bazarı 3,5% itirib.
Türkiyənin Mərkəzi Bankı hərracları müvəqqəti olaraq dayandırıb.

Xatırladaq ki, R.T.Ərdoğan İsrailin Qolan yüksəkliklərinin işğalının qanuniləşdirilməsinə Türkiyənin heç vaxt imkan verməyəcəyini bildirib.