USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lirənin ucuzlaşma səbəbləri - TƏHLİL

23.05.2018 Bank
0 0
Bloomberg-ə istinad etsək, 2018-ci ilə ABŞ dolları qarşısında 3,79 məzənnəsi ilə başlayan Türkiyə lirəsi 22,7% dəyər itirərək, hazırda 4,65-ə düşüb.

Lirənin 5 ay ərzində dəyərinin 1/4-i qədər devalvasiyaya uğramasını ölkədə iqtisadi qeyri-sabitliyin əsas indikatoru hesab etmək olar. Səbəb son dövrlər emosional, dayanıqlılığı təmin edən institutların mövqeyini zəiflədən və buna görə də investorları çəkindirən iqtisadi-siyasətin yürüdülməsidir.

"Kommersant.Az" xəbər verir ki, erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir. Artıq Rusiyanın ən böyük bankı olan "Sberbank" Türkiyənin 5-ci ən böyük bankı olan törəmə müəssisəsini –"Denizbank"ı ərəblərə dəyərindən ucuz sataraq bazarı tərk edir. Səbəb kimi Türkiyədə rəqabətin sərtləşməsi və ölkə bazarında işləməyin çətinliyi göstərirlir. Erkən seçki qərarı bazarda gərginliyi daha da artırıb, lirə təkcə may ayında dəyərini 13,6% itirib və hökumət bazara ciddi müdaxilə etməsə, investorları sakitəşdirəcək mesajlar ötürməsə ən azı seçki günününə qədər ucuzlaşma davam edəcək.

Lirənin ucuzlaşmasının səbələrini tədiyyə balansında aydın görmək olur. 2018-ci ilin 1-ci rübündəbirbaşainvestisiyalar 9,4% azalaraq 181,5 milyarddollardan 164,5 milyarddollaradüşüb. Portfelinvestisiyalarında da azalmaqeydəalınıb - (0,5%). Türkiyəbanklarınınxariciölkələrdəkidepozitləri 6%-dənçoxazalıb. Cari hesablarbalansında da vəziyyətpisləşib. Təkcəmallarınxariciticarətdəkəsir 1 ilərzində (I rüb 2017 – I rüb 2018) 8,5 milyarddollardan 17,2 milyarddollaraqədərartıb. Xidmətlərbalansınınmüsbətsaldosucarihesablarbalansının 2 dəfəazalmasınınqarşısını ala bilməyib. Tədiyyəbalansınınpisləşməsirəsmivalyutaehtiyatlarını da əridib. Təkcə mart ayındanrəsmiehtiyatlar 4,3 milyard dollarazalıb. Halbukiyanvarayında 4,3 milyard dollarartımqeydəalınmışdı.

Əlbəttəbu,Türkiyəiqtisadiyyatınaümumibaxışdır. İqtisadidayanıqlılığıdahadəqiqvədetallıqiymətləndirməküçünmaliyyəsesktorundantutmuş real sektoraqədərolansahələrnəzərdənkeçirilməlidir. Ancaq ölkənin beynəlxalq investisiya mövqeyindəki pisləşmə meylləri iqtisadi təhlükələrin ilkin simptomlarını göstərir. Lirənin ucuzlaşması Türkiyə ixracının rəqabət qabiliyyətini artırsa da ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər. Digər tərəfdən də kapital axını milli valyutanının sabitliyini təhlükə altına alır. Türkiyəyə investisiya yatırmış Azərbaycan da bu ölkədə iqtisadi sabitliyin olmasında maraqlıdır. Ancaq iqtisadi qərarların verilməsində mövcud yanaşmalara korrektələr edilməsə Türkiyə iqtisadiyyatını qarşıda ağır dövr gözləyir.