Bir həftəyə 1100 dollar ucuzlaşıb

29.05.2018 Birja
Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi ucuzlaşma bu saatlarda da davam edir

“Kommersant.Az” xəbər verir ki, mayın 29-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 84-ü ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 71 dollar və ya 0,9% ucuzlaşaraq 7163 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 1172 dollar və ya 14% ucuzlaşıb.

Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 14 dollar və ya 2,61% ucuzlaşaraq 522 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 173 dollar və ya 24,8% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Dropil-da(38,94%), ən çox ucuzlaşma isə Veritaseum-də(11,47%) müşahidə olunub.

Digər xəbərlər

23.10.2020 Birja
Bitkoin bahalaşdı
0 0
23.10.2020 Birja
Valyuta məzənnələri
0 0
22.10.2020 Birja
Lirə bahalaşdı
0 0
22.10.2020 Birja
Avro manata qarşı ucuzlaşdı
0 0
22.10.2020 Birja
Neftimiz ucuzlaşıb
0 0