USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankomatlarda 200 manatlıq əskinaslarla nağdlaşdırma imkanı

31.05.2018 Bank
0 0
Ölkəmizdə tədavülə yenicə buraxılmış 200 manatlıq əskinasları indi Azərbaycan Beynəlxalq Bankının bankomatlarından əldə etmək olar.

Bu barədə "Kommersant.Az"a Bankdan bildirilib.

Qeyd edilib ki, Bank bu gündən etibarən inkassasiya zamanı bəzi bankomatlarında digər nominallarla yanaşı, 200 manatlıq əskinasların da yerləşdirilməsinə başlayıb.

Hazırda 200 manatlıq əskinasları müştərilər bankın Baş ofis binası, Səbail filialı, Nəsimi filialı, Mərkəzi filialı, Port Baku və Socar Tower-dəki bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankının bəzi digər bankomatlarında da bu əskinaslarla nağdlaşdırma aparmaq mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı ölkə üzrə ən böyük bankomat şəbəkəsinə malik bankdır. Bankın respublikamızın müxtəlif regionlarını əhatə edən 763 bankomatı müştərilərin xidmətindədir.