USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyardı ötüb

02.09.2019 Bank
0 0
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

"Kommersant.az" AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu il avqust ayının 30-na 6 mlrd. 4,3 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 500,8 mln. dollar və ya 9,1% çoxdur.

Avqust ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 41,5 mln. dollar və ya 0,7% artıb.