USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB depozit hərracında 150 mln. manat cəlb edib

30.09.2019 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "Kommersant.az"a verilən məlumata görə, sentyabrın 30-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 389,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.