USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 300 dollar bahalaşıb - QİYMƏT

04.06.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında uzun zamandan sonra yenidən kütləvi bahalaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyunun 4-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 68-i bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 60 dollar və ya 0,7% bahalaşaraq 7711 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 371 dollar və ya 5% bahalaşıb.

Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 26 dollar və ya 4,3% bahalaşaraq 619 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 57 dollar və ya 10,1% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Aion-də(9,85%), ən çox ucuzlaşma isə MOAC-də(7,44%) müşahidə olunub.