USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızılın qiyməti 7 illik rekordu yenilədi

20.02.2020 Bank
0 0
Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 7 illik fasilədən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib.

"Kommersant.az" bu barədə "TASS" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün əmtəə birjalarında qiymətli metal 1610,5 ABŞ dollarına qədər bahalaşıb.

Qiymətli metallar investorların koronavirusun yayılmasının dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.