Dünyanı sarsıdan virus qızılın qiymətinə necə təsir edir? - VİDEO

24.02.2020 Birja
Çindən başlayaraq dünyanı cənginə alan, 2020-ci ili “unudulmaz” edən koronavirus artıq bir addımlığımızdadır.

"Kommersant.az" xəbər verir ki, qonşu İranda da yayılan ölümcül epidemiya can almaqla yanaşı, həmin ölkələrə iqtisadi zərbə vurur.

Bir çox sahələrdə artıq təsiri hiss olunan koronavirus qızıl və digər əlvan metalların qiymət artımına təsir göstərəcəkmi?

“AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimovun sözlərinə görə, hazırda dünya birjalarında qızılın qiymətində artım müşahidə edilir.

O bildirir ki, Balakən rayonunda yerləşən “Filizçay” yatağı filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilir və dünyada polimetal yataqlarının ilk onluğuna daxildir:

“Dünya miqyasında baş verən bu prosesləri nəzərə alaraq “Filizçay” yatağının aktiv istismarına 2027-ci ildən başlanılması planlaşdırılsa da, QSC-nin bütün qüvvələri yatağın iki il daha tez, yəni 2025-ci ildə istismara başlanması üçün işlər gedir”.

Z.İbrahimov onu da qeyd edib ki, Azərbaycanın ən zəngin əlvan metal yataqları işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşir və bu yataqlarda hazırda qeyri-qanuni hasilat işləri aparılır:

“AzerGold” QSC işğal edilmiş ərazilərdə əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq addımlar atır.

2018-ci ildə “AzerGold” QSC tərəfindən məsələ ilə bağlı açıq mənbələrdən toplanan məlumatlar Baş Prokurorluğa təqdim edilib və nəticədə, Baş Prokurorluq tərəfindən müvafiq cinayət iş başlanılıb”.

Bakutv