Neftin qiyməti bahalaşıb

17.03.2020 Birja
Dünya bazarlarında neftin qiyməti dəyişib.

Kommersant.az” Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:40 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 1.14$ yəni, 3.97% artaraq 29.84$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.65$, yəni, 2.16% bahalaşaraq 30.70$-a təklif olunub.