USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro və Funt sterlinq yenidən ucuzlaşmağa başlayıblar - GÜNƏ BAXIŞ

08.06.2018 Bank
0 0
Avro və Funt sterlinq qiymətləri proqnozlaşdırılan hədəflərə kimi bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıblar. "OPEC" öncəsi isə neft bahalaşır.

Avroda ucuzlaşma 1.17$-a kimi davam edə bilər

Dünya valyuta birjalarında avronun qiyməti 1.1839$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Qiymət 1.1820$-ın altında qaldıqca, 1.1760 və 1.1720$-a kimi də ucuzlaşa bilər.

GBP/USD və sənaye sektoru göstəriciləri

GBP/USD məzənnəsi də 1.3369$-ı aşağı istiqamətdə qırarsa, 1.3306$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq İngiltərənin sənaye sektoru ilə bağlı önəmli statistik məlumatların da maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.

"OPEC" öncəsi Brent nefti bahalaşır

Enerji bazarlarında isə Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: "OPEC") növbəti rəsmi görüşünə 2 həftə qalmış Avropanın Brent nefti 77.50$-a kimi dəyər qazanıb. Qiymət 77.90$-a kimi də bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 79.20$-a kimi də dəyər qazana bilər.