USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin yenə ucuzlaşmağa başladı - QİYMƏT

08.06.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyunun 8-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 86-sı ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 60 dollar və ya 0,7% ucuzlaşaraq 7637 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 39 dollar və ya 0,5% bahalaşıb.

Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 6 dollar və ya 0,9% ucuzlaşaraq 602 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 15 dollar və ya 2,5% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Mixin-də(13,46%), ən çox ucuzlaşma isə Veritaseum-də(14,85%) müşahidə olunub.