Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

11.06.2018 Birja
Dünya bazarında qızılın bu saata olan qiymətində ucuzlaşma qeydə alınıb

“Kommersant” xəbər verir ki, qızıl 0,20 dollar və ya 0,02% ucuzlaşaraq 1,302 dollar olub.

Məlumata görə, gümüşün qiyməti isə 0,16 dollar və ya 0,98% bahalaşaraq 16,91 dollar olub.

Pambığın dünya bazarındakı qiyməti isə 2,03 dollarda sabit qalıb.