ARDNF valyuta satışını 67% artırıb

01.05.2020 Birja
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3,303 mlrd. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur.

Təkcə aprel ayında isə ARDNF hərraclarda 531,1 mln. ABŞ dolları məbləğində vəsait satıb. Bu isə ötən ilin aprel ayından 25% çoxdur.

Qeyd edək ki, ötən ay ARDNF-in valyuta satışının məbləği 1 mlrd. 928,3 mln. ABŞ dolları təşkil edib.