USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəmizdə qızıl və gümüşün qiyməti dəyişdi

15.05.2020 Bank
0 0
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

"Kommersant.az" xəbər verir ki, mayın 14-də qızılın qiyməti mayın 13-ü ilə müqayisədə 16,252 manat artaraq 1 unsiya üçün 2911,131 manat təşkil edib.

Gümüş 0,001 manat ucuzlaşaraq 1 unsiya üçün 26,3357 manata bərabər olub.

Platinin qiyməti 4,531 manat azalaraq 1303,101 manat, palladiumun qiyməti 36,15 manat azalaraq 3132,922 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.