USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Brent" neftinin qiyməti 35 dolları ötdü

19.05.2020 Bank
0 0
Dünya bazarında xam neftin qiymətləri yenidən artıb.

"Kommersant.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 18:42-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 8,09% artaraq 35,13 ABŞ dolları təşkil edib.

Bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 35 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 9,7% artaraq 32,39 ABŞ dolları olub.