USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Brent" neftinin qiyməti 36 dolları ötdü

21.05.2020 Bank
0 0
Londonun "ICE Futures" birjasında keçirilən növbəti hərrac zamanı "Brent" markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,3% artaraq 36,14 ABŞ dolları təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 36 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 4,3% artaraq 33,33 ABŞ dolları olub.