Neft 38 dollaradək bahalaşdı

30.05.2020 Birja
Dünya bazarında xam neftin qiyməti bir qədər bahalaşıb.

"Kommersant.az" xəbər verir ki, Londonun "ICE Futures" birjasında "Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6 faiz artaraq 38,17 ABŞ dolları təşkil edib.

Bu markalı neftin qiyməti sonuncu dəfə martın 6-da 38 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun "Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6 faiz artaraq 36,11 ABŞ dolları olub.

VTB