USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Valyutaya sərt nəzarətin tətbiqi nə üçündür: Devalvasiyaya hazırlıq? - TƏHLİL

22.06.2020 Bank
0 0
"Mərkəzi Bank valyuta bazarında sərt nəzarət qaydalarının tətbiqinə qərar verib. Görsənir ki, devalvasiyaya hazırlıq gedir”.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun fikrincə, bu qərar qara valyuta bazarının yaranmasına şərait yaradır:

"Eyni zamanda post-pandemiya dövründə ölkədən valyuta axınının qarşısına indidən sədd çəkir. Bu qərar xaricdən sərmayə cəlbinə, kapitalın və əmlakın gözlənilən amnitsiyasına da "yox" deməklə yanaşı, daxildə də qara valyuta bazarının yaranmasına yaşıl işıq yandırır. Bu qərar da iqtisadi mənafelərə deyil, siyası maraqlara xidmət etmək üçün hazırlanıb. Əsas məqsədlərdən biri banklardan kənarda olan valyutanı aşkarlayıb, vergiyə cəlb etmək və valyuta sahiblərini də nəzarətə götürməkdir".

Qubad İbadoğlu deyib ki, yenə siyasət önə, iqtisadiyyat isə arxa plana keçir:

"Bu gedişlə iqtisadiyyatı daha tez batıracaqlar".