USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 1200 dollara yaxın ucuzlaşıb - QİYMƏT

14.06.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyunun 14-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 75-i ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 83 dollar və ya 1,25% ucuzlaşaraq 6519 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 1192 dollar və ya 15,4% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma All Sports-də(14,09%), ən çox ucuzlaşma isə Loom Network-də(9,70%) müşahidə olunub.