USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızılın qiyməti niyə bahalaşır? - ŞƏRH

31.07.2020 Bank
0 0
Bu gün birjalarda 1 unsiya qızılın qiyməti 1956 dollardır.

Ekspert bunu dünyadakı iqtisadi böhranla əlaqələndirib:

"Səbəbi çox sadədir. Dünyada həmişə iqtisadi, siyasi böhranlar olan kimi qızıl "güvənli liman" rolunu oynayır, investorlar öz vəsaitinin bir qismini qızılda saxlamağa üstünlük verirlər. İndi dünya önünü görə bilmir, iqtisadiyyat daralır deyə qızılın qiyməti artır. Qızılın qiymətinin artması isə dünyanın yaxın zamanda böhrandan çıxa bilməyəcəyinə işarədir, yəni, heç də yaxşı hal deyil".

Natiq Cəfərli qeyd edib ki, dünyada iqtisadi böhran yavaşlayanda qızılın qiymətində enmələr olacaq.