USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin yenə ucuzlaşdı - QİYMƏT

16.06.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyunun 16-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 84-ü ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 101 dollar və ya 1,52% ucuzlaşaraq 6508 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 1135 dollar və ya 14,8% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Blocknet-də(18,20%), ən çox ucuzlaşma isə WaykiChain-də(12,27%) müşahidə olunub.