USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 300 dollar ucuzlaşıb - QİYMƏT

18.06.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyunun 18-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 87-si ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 84 dollar və ya 1,27% ucuzlaşaraq 6483 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 313 dollar və ya 4,60% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Docademic-də(28,19%), ən çox ucuzlaşma isə Dragonchain-də(12,02%) müşahidə olunub.