USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mikayıl Cabbarovdan "AzerGold”la bağlı - AÇIQLAMA

24.09.2020 Bank
0 0
“AzerGold” QSC-nin istiqraz emissiyası ilə bağlı 3 əsas fikri bölüşmək istərdim. Bunlardan biri emissiyanın şirkətin fəaliyyətinə müsbət təsiri, digər fikir prosesin dövlət mülkiyyətində olan müəssisələrin səmərəliliyi üçün imkanlar yaratması, üçüncü fikir isə ölkə iqtisadiyyatına müsbət təsirlə bağlıdır".

"Kommersant.az" xəbər verir ki, bunu "AzerGold"un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Ölkə prezidentinin qarşımızda qoyduğu hədəf ondan ibarətdir ki, dövlət mülkiyyətində olan şirkətlər tam rəqabətli, beynəlxalq standartlara uyğun, korporativ idarəetmə prinsiplərini əsas tutan müəssisələrə çevrilməli, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməlidir. Bu mənada istiqrazların buraxılışı bizim üçün vacibdir. İqtisadiyyat Nazirliyi "AzərGold"un Müşahidə Şurasının səlahiyyətlərinə aid edilən bir sıra funksiyaları yerinə yetirir və əminəm ki, istiqrazların uğurla yerləşdirilməsi müəssisənin maliyyə dayanıqlığının, şəffaflığının, institusional və fərdi investorlarun ona inamının göstəricisi olacaq. Həmin bazardan cəlb edilmiş vəsaitlər yeni yataqların işlənilməsinə, şirkətin fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək. İlkin əldə etdiyimiz məlumata görə, bu istiqrazlara maraq çox yüksəkdir. Biz də səbirsizliklə yerləşdirmənin nəticələrini gözləyəcəyik. Bu işdə iştirak edən maliyyə institutlarına, "Bakı Fond Birjası" QSC-yə təşəkkür edirəm", - deyə o, qeyd edib.

"Dövlət müəssisələri bu maliyyə alətindən indiyə qədər nadir hallarda istifadə edib. İndiyənə qədər dövlət şirkətləri arasında yalnız daxili bazarda iqtisadiyyatımızın flaqmanı olan SOCAR-ın qiymətli kağızları dövriyyəyə çıxarılıb. Qeyi-neft sektorunu təmsil edən, bu sektorun əsas ixracatçılarından olan "AzerGold"un qiymətli kağızlarının bazarda daha aşağı faizlə yerləşdirilməsi bizim üçün çox gözəl imkanlar açır. Çünki digər dövlət müəssisələri üçün də alternativ maliyyələşmə imkanı açılır. Çalışacağıq ki, gələcəkdə digər şirkətlərimizə də dəstək olaq, yardımçı olaq. Tamamilə aydındır ki, bu növ əməliyyatlar və kapital bazarlarının inkişafı bütün tərəflərə faydalıdır. Həm qiymətli kağızları yerləşdirən, yəni kapitala ehtiyacı olan müəssisələrə, həm də ki, qiymətli kağızları alan investorlara", - deyə M.Cabbarov əlavə edib.

"Nəhayət ölkə iqtisadiyyatına təsiri barədə söyləyək. Bilirsiniz ki, bizim əsas hədəfimiz ölkənin iqtisadiyyatının davamlı inkişafıdır və bunun üçün kapital bazarlarının inkişafı, kapitala çıxış, maliyyə alətlərinin genişləndirilməsi zəruri olan alətlərdir. Hesab edirəm ki, bu mənada da bugünkü hadisə əlamətdar haldır, iqtisadiyyatın maliyyə dayanıqlığının artırılması, yalnız dövlət sektorunda deyil, həmçinin özəl sektorda fəaliyyət göstərən müəssisələr üçün gözəl bir nümunə kimi çıxış edə bilər. İqtisadiyyat Nazirliyi olaraq biz bu halların gələcəkdə sayının artmasını dəstəkləməyə hazırıq", - deyə nazir fikrini tamamlayıb.Report