USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın builki dizel yanacağı idxalının 20%-ni Azərbaycan təmin edib

13.10.2020 Bank
0 0
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 807,5 min ton benzin və dizel yanacağı idxal edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

İllik müqayisədə idxalın həcmi 28,1 min ton və yaxud 3,6% artıb.

İlk 9 ayda Gürcüstanın dizel yanacağı tədarükünün 159,3 min tonu və yaxud 19,7%-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə qonşu ölkə ən çox Rusiyadan benzin və dizel (250,8 min ton) alıb.