USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

14.01.2021 Bank
0 0
Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.

BFB-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, yanvarın 12-də AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, yanvarın 12-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 914.46 manat təşkil edir.
Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən ipoteka istiqrazları üzrə növbəti faiz ödənişi dövründə 3 faizlik faiz gəliri 914.46 manat məbləği əsasında hesablanacaq.