Azərbaycan borc alır - SAZİŞ İMZALANIB

25.06.2018 Birja
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) arasında “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üzrə 250 milyon dollar məbləğində kreditin ayrılması haqqında saziş imzalanıb.

"Sazişi 2018-ci il iyunun 8-də maliyyə naziri Samir Şərifov və AİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıb", - deyə bankdan bildirilib.

Kredit vəsaiti 12 il müddətinə və LIBOR+0.6 faiz dərəcəsi ilə ayrılır.

Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üçün Azərbaycana 250 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib.

İnterfaks-Azərbaycan

  • Əvvəlki

    “AGBank” satışa çıxardığı yeni səhmlərin 83%-ni sata bilməyib

Digər xəbərlər