Bir həftəyə 400 dollar bahalaşıb - SON QİYMƏT

09.07.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb

“Kommersant” xəbər verir ki, iyulun 9-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 75-i ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 86 dollar və ya 1,25% ucuzlaşaraq 6754 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 435 dollar və ya 6,88% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Bitcoin Diamond-da(24,34%), ən çox ucuzlaşma isə GXChain-da(14,10%) müşahidə olunub.