USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Avro/dollar il sonuna qədər 4% yüksələcək"

09.07.2018 Bank
0 0
Valyuta məzənnələrində ən doğru proqnozları verən "Investec Bank Plc"-yə görə, dolların avro qarşısında son dövrdə bahalaşması, ticarət gərginliyinin qızışaraq qlobal gömrük vergisi müharibəsinə çevrilməsinin mümkün olmaması ilə sona çatacaq.

"Investec Bank Plc" hesab edir ki, avro üçün isə mənzərə region iqtisadiyyatının inkişafı ilə yaxşılaşır.

"Investec" analitikləri, dollarda ötən rüb baş verən gözlənilməz yüksəlişi təxmin etmişdi. Şirkətin baş iqtisadçısı Philip Shaw, hazırda bu dinamikin dəyişməkdə olduğunu deyir və Avronun ilin sonuna qədər dollar qarşısında 4 faiz ybahalaşaraq 1.22 dollar səviyyəsinə çatacağını proqnozlaşdırır.

Şirkət, Avronun 2019-cu ilin ortalarına qədər 1.26 dollara, 2019-un sonuna qədər isə 1.30 dollara çatmasını gözləyir.

Avro, dollar qarşısında Bazar Ertəsi günü 0.3 faiz bahalaşaraq üç həftənin ən yüksək səviyyəsi olan 1.1781-ə çatıb.