Bitcoin 400 dollar ucuzlaşdı - SON QİYMƏT

08.08.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiyməti açıqlanıb

“Kommersant.az” xəbər verir ki, 8 avqusta olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 440 dollar və ya 6,30% ucuzlaşaraq 6536 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 1029 dollar və ya 13,60% ucuzlaşıb.