Bitcoin 1200 dollar ucuzlaşdı - SON QİYMƏT

09.08.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb

“Kommersant.az” xəbər verir ki, 9 avqusta olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 86-sı ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 109 dollar və ya 1,68% ucuzlaşaraq 6378 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 1292 dollar və ya 16,84% ucuzlaşıb.