Rublda kəskin ucuzlaşma - SON QİYMƏT

10.08.2018 Birja
Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb

“Kommersant.az” xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 2,69 rubl bahalaşaraq 66,29 rubl təşkil edir.

Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri də 3,00 rubl bahalaşaraq 76,83 rubl olub.

Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 65,63 rubl, 1 avro isə 76,43 rubl təşkil edir.

Nağd alış-satışda isə 1 dollar 67,46 rubl, 1 avro isə 77,129 rubldur.