Qarabağ Azərbaycandır!

3 aya 3 min dollara yaxın ucuzlaşıb - QİYMƏT

21.08.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, 20 avqusta olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 95-i kəskin ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 141 dollar və ya 2,17% ucuzlaşaraq 6348 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 323 dollar və ya 5,36% bahalaşıb.

Statistik göstəricilərə görə isə, Bitcoin 3 ay ərzində 2193 dollar və ya 25,6% ucuzlaşıb.