Qarabağ Azərbaycandır!

300 dollar bahalaşıb - SON QİYMƏT

04.09.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, 4 sentyabra olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 75-i kəskin bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 60 dollar və ya 0,83% bahalaşaraq 7268 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 363 dollar və ya 5,25% bahalaşıb.