Qarabağ Azərbaycandır!

Virtual pullar dəyərdən düşür - QİYMƏTLƏR

25.09.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, 25 sentyabra olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 93-ü kəskin ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 210 dollar və ya 3,13% ucuzlaşaraq 6482 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 200 dollar və ya 3,18% bahalaşıb.